Azərbaycanda əhali kütləvi şəkildə dollar almağa başlayıb

Azərbaycanda əhali kütləvi şəkildə dollar almağa başlayıb
# 12 noyabr 2008 10:55 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, nağd dollarla aparılan ticarət ötən ilin müvafiq dövrünün eyni göstəricisini 36,2% üstələyir. Eyni zamanda, bu, 2007-ci ilin ümumi göstəricisinin 95%-ni təşkil edir.
Nağd dollarla aparılan əməliyyatların strukturunda 1 131 822,9 min dollar bankların alışı, 3 132 278,0 min dollar isə satışının payına düşüb və alışın həcmi satışdan 2,8 dəfə azdır. Qeyd edək ki, satışın alış əməliyyatlarını üstələməsi tendensiyası son illər davamlı xarakter alıb. Məsələn, ötən ilin 9 ayı ərzində aparılan nağd dollar əməliyyatları üzrə alış satışdan 2,6 dəfə, bütün 2007-ci il üzrə isə 2,4 dəfə az olub:




Qeyd edək ki, sentyabr ayında dolların satış əməliyyatları üzrə göstərici 542,6 mln. dollar təşkil edərək, tarixi maksimuma çatıb.
Ümumilikdə, qrafikdən görünür ki, son iki ildə nağd dolların satışı üzrə əməliyyatlarının alış əməliyyatlarını üstələməsi əmsalı artıb. Nəzərə alsaq ki, bankların nağd dollar satışı əhali tərəfindən dollar kütləsinin alınmasını əks etdirir, aydın olur ki, son vaxtlar əhali dolların alınmasına üstünlük verir. Bu da öz növbəsində bir sıra amilin göstəricisidir və əsasən əhalinin maliyyə vəziyyətinin yaxşılaşdığını əks etdirir.
Qeyd edək ki, Azərbaycanda ənənəvi olaraq yığım valyutası kimi ABŞ dolları qəbul edilir və əhali öz sərbəst vəsaitlərini məhz dollarda saxlayır. Beləliklə, nağd dolların əhali tərəfindən daha çox alınması əsasən yığım məqsədi güdür. Azərbaycanda nağd hesablaşmaların milli valyutada aparıldığını nəzərə alsaq, əhali tərəfindən alınan dollar kütləsinin artmasını həqiqətən də yığım məqsədlərinə xidmət göstərdiyini görərik. Bu isə artıq yaxın vaxtlarda bank sistemində ABŞ dollarında ifadə olunmuş əmanətlərin artacağını proqnozlaşdırmağa əsas verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR