«Royal Bank of Baku» ilin sonunadək «The Sturgeon Fund Ltd.»dən növbəti kredit tranşı alacaq

«Royal Bank of Baku» ilin sonunadək «The Sturgeon Fund Ltd.»dən növbəti kredit tranşı alacaq
# 17 noyabr 2008 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» ASC bu ilin sonunadək İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan cəlb etdiyi kreditin növbəti tranşını alacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, gözlənilən tranşın məbləği 1 mln. ABŞ dolları təşkil edəcək. Bu vəsait əvvəlki tranşlar kimi bankın istehlak kreditlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Növbəti ilin yanvar-fevral aylarında isə «The Sturgeon Fund Ltd.» investisiya fondu tərəfindən daha 5 mln. dollarlıq tranşın ayrılması gözlənilir.
Qeyd edək ki, bu investisiya fondu 2007-ci ildə bankın səhmdarları sırasına daxil olub. «The Sturgeon Fund Ltd.» indiyədək banka 21 mln. dolar həcmində vəsait ayrılıb.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 28 filialı, 4 şöbəsi, 3 mübadilə məntəqəsi, 24 bankomatı və 75 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR