Azərbaycanın «MBASK» sığorta şirkəti də müddətsiz lisenziya alıb

Azərbaycanın «MBASK» sığorta şirkəti də müddətsiz lisenziya alıb
# 26 noyabr 2008 06:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsi «MBASK» sığorta şirkətinə müddətsiz lisenziya verib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «MBASK»a müddətsiz lisenziya «Sığorta fəaliyyəti haqqında» qanuna müvafiq olaraq ölkənin daxili bazarında sığorta xidmətlərinin göstərməsi üçün verilib.
Qeyd edək ki, «MBASK» sığorta şirkəti də daxil olmaqla, Maliyyə Nazirliyi tərəfindən indiyədək «Azərqarant», «Kavkaz Sığorta», «Əmrah Sığorta» və «Günay Anadolu» sığorta şirkətlərinə müddətsiz lisenziya verilib.
Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 15,724 mln. manat, ödənişləri isə 4,498 mln. manat olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR