Dünya Bankı: Keçid iqtisadiyyatına malik digər ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranına daha yaxşı hazırlaşıb

Dünya Bankı: Keçid iqtisadiyyatına malik digər ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranına daha yaxşı hazırlaşıb
# 28 noyabr 2008 14:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Hazırkı halda qlobal maliyyə böhranı ilə əlaqədar Dünya Bankı və yaxud Beynəlxalq Valyuta Fondunun Azərbaycana hər hansı yardım göstərməsi haqqında danışmaq çox tezdir. Buna hələ ehtiyac yoxdur». «APA-Economics»in məlumatına görə, bunu Dünya Bankının (DB) Bakı ofisinin rəhbəri Greqori Yedjeyçak deyib.
DB rəsmisi bildirib ki, keçid iqtisadiyyatına malik digər ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranına daha yaxşı hazırlaşıb. Bu, daha çox Azərbaycan banklarının beynəlxalq bazarlardan nisbətən az borc alması ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın mərkəzi bankı da kommersiya qurumlarının xarici valyuta risklərinə daha az məruz qalması üçün çox ehtiyatlı siyasət həyata keçirib.
G.Yedjeyçak qeyd edib ki, həm Milli Bank, həm də Dövlət Neft Fondu borcların yenidən maliyyələşdirilməsi üçün kifayət qədər ehtiyatlara malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR