AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,7223 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,7223 təşkil edib
# 02 aprel 2009 09:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0762 bənd və ya 8,25% artaraq 2009-cu ilin aprel ayının 2-nə 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,2778 bənd və ya 27,78% azalaraq 0,7223 təşkil edib.
ANBDI indeksinin kəskin azalması not bazarının kapitallaşmasının azalması ilə bağlıdır. Belə ki, aprelin 1-də 10 mln. manat həcmində ödəmə aparılıb və 5 mln. manat həcmində yerləşdirmə həyata keçirilib. Nəticədə, bazarın kapitallaşması 5 mln. manat azalıb.
AGBI indeksinin artması isə gündəlik korrektə şərçivəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR