Azərbaycanda dövlət özəlləşdirmə paylarının yalnız 49%-i silinib

Azərbaycanda dövlət özəlləşdirmə paylarının yalnız 49%-i silinib
# 03 aprel 2009 10:41 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda 1997-2008-ci illərdə aparılan dövlət əmlakının özəlləşdirilməsi proqramları çərçivəsində özəlləşdirmə paylarının yalnız 49,1% silinib. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin hesabatlarına görə, 32 mln. ədəd sayda buraxılan özəlləşdirmə çeklərindən (1 pay = 4 çek) 15 mln. 708 mini istifadə edilmiş hesab oluna bilər. Nəticədə, 2010-cu ilə qədər qüvvədə olan 16 mln. 292 mindən çox çek hələ də dövriyyədədir və özəlləşdirmə zamanı istifadə oluna bilər.

«APA-Economics»in apardığı hesablamalara əsasən, 2008-ci ildə çek auksionları və investisiya müsabiqələri nəticəsində 1,1 mln-dan artıq özəlləşdirmə çeki silinib, bu da çeklərin ümumi sayından 3,44% təşkil edir.

Dövlət Komitəsinin statistik göstəricilərinə görə, təkcə investisiya müsabiqələri zamanı ötən il 196,5 min çek silinib. Eyni zamanda, sərmayədarlar tərəfindən təqdim olunan 79 min özəlləşdirmə opsionu silinib. Ümumi hesabda Komitə tərəfindən 81 dövlət müəssisəsi üzrə investisiya müsabiqəsi keçirilib və dövlət büdcəsinə bu şirkətlərin yeni sahibləri tərəfindən 30 mln. manat həcmində vəsait ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR