Azərbaycanda bank aktivlərinin azalması davam edir

Azərbaycanda bank aktivlərinin azalması davam edir
# 03 aprel 2009 14:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 9 479,1 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici son bir ildə 2 139,7 mln. manat və ya 29,2% artdığı halda, cari ilin əvvəli ilə müqayisədə 794,4 mln. manat və ya 7,7% azalıb.
Bu azalmanın əsas hissəsi fevral ayına təsadüf edib. Belə ki, yanvar ayında aktivlərin həcmi 190,4 mln. manat, fevralda isə 604 mln. manat azalıb.
Qeyd edək ki, Azərbaycanda bank aktivlərinin azalması prosesi (dekabr ayı istisna olmaqla) oktyabr ayında başlayıb ki, bunu da birbaşa olaraq dünya maliyyə böhranının özünü Azərbaycanda göstərməyə başlaması ilə əlaqələndirmək olar. Bu baxımdan aktivlərin ötən il və cari ilin ilk iki ay ərzində dinamikasına nəzər yetirmək maraqlıdır:




Göründüyü kimi, kommersiya banklarının aktivlərinin həcmi ötən ilin sentyabrın 1-nə olan göstəriciyə yaxınlaşıb. Öz növbəsində, bank sisteminin təhlilində dəfələrlə vurğuladığımız kimi, dünya maliyyə böhranının Azərbaycan banklarına əsas təsiri bankların xarici mənbələrdən fondlaşma imkanlarının kəskin azalması və bankların aktiv əməliyyatlara daha ehtiyatla yanaşmasından ibarətdir. Yəni, bir tərəfdən xarici mənbələrin «quruması» səbəbindən banklarda maliyyə resurslarının artması prosesinin dayanması və müəyyən dərəcədə azalması müşahidə olunub, digər tərəfdən isə sərəncamlarında olan vəsaitlərin yerləşdirilməsində banklar şərtlərini və yanaşmalarını kəskin sərtləşdirib. Nəticədə, təkcə fevral ayında bank aktivlərinin ötən il ərzində orta aylıq artımından 2,04 dəfə artıq həcmdə azalması baş verib.

* 03.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8028 manat təşkil edir
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR