«United Credit Bank»ın Gəncə filialı yeni ünvana köçüb

«United Credit Bank»ın Gəncə filialı yeni ünvana köçüb
# 06 aprel 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) Gəncə filialı yeni ünvana köçüb.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda bankın Gəncə filialı Şah İsmayıl Xətai küçəsi,24 ünvanında fəaliyyət göstərir. Qeyd edək ki, bundan əvvəl filial Şah İsmayıl Xətai küçəsi,20 ünvanında yerləşib.
Sədr müavininin sözlərinə görə, bankın digər filialları kimi Gəncə filialı da fiziki və hüquqi şəxslər üçün tam çeşidli bank xidmətləri göstərir. Belə ki, burada müştərilər bank hesablarının açılması, depozitlər, plastik kartlar, eləcə də biznes kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa əməliyyatları həyata keçirə bilərlər. Qeyd edək ki, hazırda banklın respublika üzrə 5 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə bankın brendi dəyişdirilib. Cari ilin mart ayının 1-nə bankın aktivlərinin həcmi 32,911 mln. manat, kredit portfeli 23,164 mln. manat, depozit portfeli 8,730 mln. manat, məcmu kapitalı 13,372 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR