Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib
# 06 aprel 2009 13:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti İqtisadi İnkişaf Nazirliyinin 8 nəfərdən ibarət kollegiyasının tərkibini təsdiqləyib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarı ilə iqtisadi inkişaf naziri Şahin Mustafayev kollegiyanın sədri, nazir müavinləri Sevinc Həsənova, Niyazi Səfərov, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, İİN Aparatının rəhbəri Samir Vəliyev, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Zahid İsayev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və nazirliyin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov kollegiyanın üzvləri təyin olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR