«NBCBank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub

«NBCBank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 07 aprel 2009 09:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) «Xpress Money» beynəlxalq təcili pulköçürmə sisteminə qoşulub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın qoşulduğu pulköçürmə sistemlərinin sayı 7-yə çatıb.
Bankdan bildirilib ki, pulun göndərildiyi ölkədən asılı olmayaraq, 10 dəqiqədən sonra pulu qəbul edən şəxs vəsaitdən istifadə edə bilər.
Qeyd edək ki, «Xpress Money» 75 ölkədə, o cümlədən ABŞ, Böyük Britaniya, əksər Avropa İttifaqı, ərəb ölkələri, həmçinin MDB regionunda fəaliyyət göstərən 14 mindən artıq məntəqə vasitəsi ilə xidmət göstərir.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 39,832 mln. manat, kredit portfeli 34,158 mln. manat, depozit portfeli 5,351 mln. manat, məcmu kapitalı 14,652 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR