Azərbaycanla ABŞ arasında yardım proqramlarının birgə maliyyələşdirilməsinə dair sənəd imzalanıb

Azərbaycanla ABŞ arasında yardım proqramlarının birgə maliyyələşdirilməsinə dair sənəd imzalanıb
# 08 aprel 2009 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və ABŞ hökumətləri arasında «Azərbaycanda Seçilmiş Amerika hökuməti Yardım Proqramlarının birgə maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu» imzalanıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sənədi Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, ABŞ hökuməti adından isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor imzalayıblar.
Memoranduma əsasən, 2009-2011-ci illər ərzində Azərbaycanda USAİD tərəfindən həyata keçiriləcək Ticarət və İnvestisiya Proqramı, Xərclərin Planlaşdırılması və İdarə Olunması Proqramı, Özəl Sektorun Rəqabətliliyi Proqramı və Regional Sosial İqtisadi İnkişaf Proqramının birgə maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd olunan proqramların ümumi büdcəsi 45 mln. dollar təşkil edir və bu vəsaitin 24,3 mln. dollarını ABŞ hökuməti, 20,7 mln. dolları isə Azərbaycan hökuməti ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR