Azərbaycanda problemli kreditlərin həcmi kəskin artır

Azərbaycanda problemli kreditlərin həcmi kəskin artır
# 13 aprel 2009 12:36 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatlarında (QBKT) vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin fevral ayında 6,9 mln manat və yaxud 3,91% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının (AMB) Statistıka Departamentindən məlumat verilib.

AMB-nin hesablamalarına əsasən, ötən ilin martın əvvəlindən bank sektorunda problemli kreditlərin həcmi 1,7 dəfə artaraq 183,4 mln. manata çatıb. Bu zaman vaxtı keçmiş hesab olunan borcalmaların məcmu kredit portfelində payı 2,25%-dən 2,74%-ə qalxıb. Eyni zamanda, problemli borcalmaların dinamikası bank və QBKT-nin kredit qoyuluşlarının artım templərini 1,8 dəfə üstələyir (müvafiq olaraq 69,4% və 29,1%-ə qarşı).

Qeyd edək ki, problemli kreditlərin 2007-ci ilin fevral ayından 2008-ci ilin müvafiq dövrünə dinamikası mənfi xarakter daşıyıb. O zaman, Azərbaycan bank sistemində vaxtı keçmiş borcların həcmi 16,7% azalıb.

Xatırladaq ki, cari ilin martın 1-nə kredit qoyuluşlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,1% artaraq 6 692,5 mln. manat təşkil edib. Buna baxmayaraq, banklar və QBKT tərəfindən yeni verilən kreditlərin həcmi ilin əvvəlindən yalnız 537,4 mln. manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 57% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR