Azərbaycanda bankomatların sayı son bir ildə 16% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 16% artıb
# 15 aprel 2009 13:07 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların quraşdırdığı bankomatların sayı 2009-cu ilin yanvar-fevral ayları ərzində 45 ədəd və yaxud 3% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, mart ayının əvvəlinə bankomatların ümumi sayı 1 560 ədəd təşkil edib. Son bir ildə bu göstərici 216 ədəd və yaxud 16,1% artıb. Onlardan yalnız 57-si Bakıda, 159-u isə bölgələrdə quraşdırılıb. Maraqlıdır ki, ümumi bankomat sayından paytaxtda 887-si, bölgələrdə isə 673-ü fəaliyyət göstərir.

Eyni zamanda, bankların ölkədə 8 237 POS-terminalı fəaliyyət göstərir. Onların sayı bu il 113 ədəd və yaxud 1,4% artıb. Son bir ildə isə POS-terminalların sayı 2 199 ədəd və yaxud 36,42% artıb. Paytaxtda quraşdırılan terminalların sayı 7 449-a, bölgələrdə isə 788-ə çatdırılıb. POS-terminalların ümumi sayından 90,4%-i ticarət, ictimai iaşə və xidmət şəbəkəsində fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR