Azərbaycanda səhm bazarının həcmi son bir ildə təxminən 5 dəfə artıb

Azərbaycanda səhm bazarının həcmi son bir ildə təxminən 5 dəfə artıb
# 16 aprel 2009 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda səhm bazarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə artaraq 129 mln. manat təşkil edib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, ümumi həcmin 62%-i ilkin, 38%-i isə təkrar bazarın payına düşüb. Səhm buraxılışı bütünlükdə maliyyə sektoru hesabına həyata keçirilib.
Hesabat dövrü ərzində səhm buraxılışlarının həcmi 2008-ci ilin I rübü ilə müqayisədə 6 dəfə artaraq 79,5 mln. manat olub. Birinci rübdə səhm ticarətinin (təkrar bazar) ümumi həcmi 47,8 mln. manat olub ki, bu da 2008-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 3,5 dəfə çoxdur.
Hesabat dövründə təkrar bazarda səhmlərlə aparılan əməliyyatların birjadankənar seqmentdən birjaya meyllənməsi müşahidə olunub. Belə ki, Bakı Fond Birjasında səhm ticarətinin (təkrar bazar) məbləği 662 dəfə artaraq 28,5 mln. manata çatıb.
Təkrar bazarda səhm tədavülünün 92%-i maliyyə sektoru, 4%-i emal sənayesi, 2,5%-i isə nəqliyyat sektorunun payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR