Dünya Bankı Azərbaycanda kadr potensialının yaxşılaşdırılması layihəsini yaxın iki ayda təsdiqləyə bilər

Dünya Bankı Azərbaycanda kadr potensialının yaxşılaşdırılması layihəsini yaxın iki ayda təsdiqləyə bilər
# 20 aprel 2009 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının sonuna kimi Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda kadr potensialının yaxşılaşdırılması layihəsinin icrasına başlanmasını təsdiqləyə bilər. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak (Gregori Edjeychak) bildirib.
Q.Yedjeyçakın sözlərinə görə, hazırda sözügedən layihənin hazırlanmasına dair DB-nın missiyası Bakıda səfərdədir və Azərbaycan hökuməti ilə danışıqlar aparır: «Bu ilin may ayında bu layihə üzrə daha bir missiyanın Azərbavcana səfəri gözlənilir və ümid edirik ik, bu maliyyə ilinin sonunadək bankın Direktorlar Şurası layihəni təsdiqləyəcək».
Qeyd edək ki, hazırda Azərbaycanda səfərdə olan missiyaya bankın mütəxəssisi xanım Elizabet Lanq (Elisabeth Lang) başçılıq edir. Missiyanın səfərinin əsas məqsədi kadr potensialının yaxşılaşdırılması layihəsinin hazırlıq işlərinin aparılmasıdır. Səfər aprelin 20-dək davam edəcək. Layihə çərçivəsində DB Azərbaycan hökumətinə 10 mln. ABŞ dolları məbləğində kredit ayırmağa hazırdır. Kadr potensialının yaxşılaşdırılması layihəsində əsasən iri infrastruktur layihələrində iştirak edən qurumların nümayəndələri cəlb olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR