Azərbaycanın xarici ticarət dövriyyəsində 566 mln. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət dövriyyəsində 566 mln. dollarlıq müsbət saldo yaranıb
# 23 aprel 2009 12:01 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2009-cu ilin yanvar-fevral aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3% artaraq 2 418 mln. ABŞ dolları təşkil edib. Bu barədə ölkə prezidenti yanında milli iqtisadiyyatın bu ilin ilk rübündə inkişafına dair keçirilən hökumət müşavirəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib.

«APA-Economics»in məlumatına görə, nazir cari ilin ilk iki ayı ərzində ixracın həcminin 24,6% artaraq 1 492 mln. dollara çatdığını vurğulayıb. Eyni zamanda, ölkəyə idxalın həcmi 1% azalıb. Xarici ticarət dövriyyəsində 566 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da Ş.Mustafayevin fikrincə, Azərbaycanın valyuta ehtiyatları və manatın sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

Maraqlıdır ki, yanvar-fevral aylarında xarici ticarət dövriyyəsində əldə olunan profisit ölkə üzrə ÜDM-in 11,9%-nə bərabərdir. Xatırladaq ki, 2008-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 132,1 mln. dollar, o cümlədən ixrac 1 197,8 mln. dollar, idxal isə 934,3 mln. dollar təşkil edib. O zaman, əldə olunan 263,5 mln. dollarlıq müsbət saldo ölkə üzrə ÜDM-in həcminə nisbətən 4,6%-ə bərabər olub. Bununla belə, 2008-ci ilin yanvar-feral aylarında xarici ticarət dövriyyəsində qeyd olunan artım tempi 2007-ci ilin iki ayı ilə müqayisədə daha çox olub. Belə ki, xarici ticarət dövriyyəsinin ümumi həcmi 1,6 dəfə, o cümlədən idxal 19,8%, ixrac isə 2,2 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR