Ziyad Səmədzadə: “Azərbaycanın dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilməyəcək”

Ziyad Səmədzadə: “Azərbaycanın dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilməyəcək”
# 24 aprel 2009 14:30 (UTC +04:00)
Onun sözlərinə görə, büdcədə nəzərdə tutulan investisiya proqramları yenidən nəzərdən keçiriləcək. Bu proqramların bir hissəsi təxirə salına, sosial yönümlü layihələrə ayrılan xərclərin məbləği artırıla bilər.
Hazırkı vəziyyətdə dövlət büdcəsinə yenidən baxılmasını olduqca vacib sayan Z. Səmədzadə hesab edir ki, Azərbaycanda sosial proqramların həyata keçirilməsini gücləndirmək lazımdır: “Həmçinin sahibkarlığın inkişafı üçün mövcud imkanlardan istifadə etməliyik. Qlobal iqtisadi böhranın Azərbaycana vura biləcəyi zərərin minimuma endirilməsi üçün aqrar sektorun inkişafına, o cümlədən kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara çıxış imkanlarına təmin yaradılacaq”. Z. Səmədzadə büdcədə neftin qiyməti ilə bağlı dəyişikliyin aparılmayacağını söyləyib.
Onun sözlərinə görə, neft büdcədə nəzərdə tutulan 70 dollardan nə qədər aşağı qiymətə satılsa, yaranan kəsir Dövlət Neft Fondunun vəsaitləri hesabına ödəniləcək. MM üzvü büdcəyə mayda baxılacağını da əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR