ABŞ-da daha 4 bank bağlanıb

ABŞ-da  daha 4 bank bağlanıb
# 25 aprel 2009 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən gün ABŞ-ın bank sahəsinin tənzimləmə orqanları tərəfindən daha 4 regional bank bağlanılıb. “APA-Economics” xəbər verir ki, ABŞ-ın Federal Depozitlərin Sığortalanması Korporasiyasının bu bankların Corciya ştatının “American Southern Bank”, Miçiqan ştatının “Michigan Heritage Bank”, Kaliforniya ştatının “First Bank of Beverly Hills” və Aydaxo ştatının “First Bank of Idaho” bankları olduğunu açıqlayıb.

Bağlananlar arasında ən iri maliyyə institutu “First Bank of Beverly Hills” bankıdır. Onun məcmu aktivləri 1,5 mlrd. dollar, hesablarda olan vəsaitlərin həcmi isə 1 mlrd. dollardır. Bankların bağlanmasının səbəbi Korporasiya tərəfindən sığortalanmış depozitləri üzrə ödəmələrin elan edilməsi olub.

Xatırladaq ki, cari ilin əvvəlindən ABŞ-da artıq 29 bank bağlanılıb. Ötən il ərzində isə ABŞ-da mənzil-ipoteka bazarında və banklararası kredit bazarında yaranmış problemlər 25 bankın bağlanmasına səbəb olub. Böhrandan öncəki 2007-ci ildə isə ABŞ-da cəmi üç bank bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR