Azərbaycanda son bir ildə sığorta haqlarının həcmi 17% azalıb

Azərbaycanda son bir ildə sığorta haqlarının həcmi 17% azalıb
# 28 aprel 2009 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən 42,89 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,9% azdır.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığortaçılar tərəfindən həyata keçirilən ödənişlərin həcmi 14,8% artaraq 10,32 mln. manata çatıb.
Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 65,3% azalaraq 0,25 mln. manat, qeyri-həyat sığortası üzrə 22,7% azalaraq 35,59 mln. manat, icbari sığorta növləri üzrə 46% artaraq 7,05 mln. manat olub.
Ödənişlərə gəldikdə isə həyat sığortası (0,18 mln. manat) üzrə 3,6 dəfə, qeyri-həyat sığortası (7,77 mln. manat) üzrə 17,7%, icbari sığorta (2,37 mln. manat) üzrə isə 1,3% artım qeydə alınıb.
Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (7,890 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (6,622 mln. manat) və «Hava nəqliyyatı vasitələrinin sığortası» (5,705 mln. manat) növləri üzrə toplanılıb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 18,4%, 15,4% və 13,3% təşkil edib.
Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (3,495 mln. manat və ya 33,9%), «Tibbi sığorta» (2,543 mln. manat və ya 24,6%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (1,958 mln. manat və ya 19%) növləri üzrə ödənilib.
Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR