«Kapital Bank»ın plastik kartları mayın 5-də işləməyəcək

«Kapital Bank»ın plastik kartları mayın 5-də işləməyəcək
# 28 aprel 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 5-də Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankında (SKB) plastik kartlar üzrə aparılan əməliyyatlar bir neçə saat ərzində dayandırılacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əməliyyatların dayandırılmasına səbəb bankın plastik kartlarının yeni prosessinq sisteminə keçməsi ilə bağlıdır. Yuxarıda qeyd edilən tarixdən sonra əməliyyatlar adi qaydada aparılacaq.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 88 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR