ATİB: Azərbaycanda korporativ qiymətli kağızlar bazarı investorlar üçün cəlbedici deyil

ATİB: Azərbaycanda korporativ qiymətli kağızlar bazarı investorlar üçün cəlbedici deyil
# 30 aprel 2009 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qiymətli kağızlar bazarının zəif inkişaf etməsinə baxmayaraq, bazarın dövriyyəsi ilbəil artır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ölkənin maliyyə sektoru üzrə hazırladığı hesabatda bildirilir.
Hesabatda həmçinin qeyd olunub ki, qiymətli kağızlar bazarında dövriyyənin 97%-dən artıq hissəsini dövlət qiymətli kağızları təşkil edir. Bu da, korporativ qiymətli kağızlar bazarının investorlar üçün o qədər də cəlbedici alət olmadığından xəbər verir: «Lakin bu hal korporativ səhm bazarının bu qədər kiçik olması demək deyil. Sadəcə, səhmlərin alqı-satqı əməliyyatları əsasən qeyri-mütəşəkkil bazarda aparılır».
Bundan başqa, hesabatda qiymətli kağızlar bazarının inkişafı üçün qiymətli kağızlar üzrə qanunvericiliyi təftiş etmək və təkmilləşdirmək, qiymətli kağızların emissiyasının qeydiyyatı və depozitari ilə əməliyyatların şəffaflığını artırmaq və sadələşdirmək, səhmdar cəmiyyətlərində korporativ idarəetmə prinsiplərinin tətbiqinə nəzarəti gücləndirmək, yeni bazar alətləri yaratmaq, maarifləndirmə tədbirləri həyata keçirmək və bu kimi digər tövsiyələr əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR