Azərbaycan Mikromaliyyə Assosiasiyası beynəlxalq kurslar keçirəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası beynəlxalq kurslar keçirəcək
# 01 dekabr 2009 07:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) 2010-cu ilin yanvar-fevral aylarında Almaniyanın «Savings Bank for International Corporation» (SBFIC) təşkilatı ilə birgə üzv təşkilatlar üçün maliyyə sektorunun müxtəlif sahələri üzrə beynəlxalq kurslara başlayacaq.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, kurslar «Daxili audit», «Problemli kreditlər», «Biznes sahəsinin idarə edilməsi» və «Bank biznesinin modelləşdirilməsi» sahələri üzrə keçiriləcək.

J.Hacıyevanın sözlərinə görə, ödənişli əsaslarla təşkil olunacaq kurslarda ilk üç mövzu üzrə 25 iştirakçı, «Bank biznesinin modelləşdirilməsi» mövzusu üzrə isə 32 iştirakçı qəbul olunur.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür. Aktivləri 5 mln. manatdan çox olan kredit təşkilatları 3,5 min manat, aktivləri bu məbləğdən az olan təşkilatlar isə 1,5 min manat məbləğində üzvlük haqqı ödəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR