Azərbaycandakı bankların kapitalın yetərliliyi əmsalı üzrə renkinqi

Azərbaycandakı bankların kapitalın yetərliliyi əmsalı üzrə renkinqi
# 02 dekabr 2009 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2009-cu ilin oktyabr ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə bankların kapitalın yetərliliyi əmsalı üzrə sıralamasını təqdim edir.

Bu əmsalın ən sadə hesablanması mexanizmi bankların məcmu kapitalının aktivlərin həcminə nisbətinin çıxarılması prinsipinə əsaslanır. Banklar fəaliyyətin minimal kapital əsasında qurulmasının tərəfdarı olsa da, bank sektorunda tənzimləyici funksiyalarını yerinə yetirən dövlət qurumları əksinə, kapitalın həcminin mütəmadi artırılmasının lehinə çıxış edir. Çünki kapitalın yetərliliyi bankın ümumi etibarlılığını qiymətləndirir.

Ekspertlərin fikrincə, məhz bu göstərici bankın əmanətçilərə maddi ziyan vurmadan hansı səviyyədə zərəri maliyyələşdirmək iqtidarında olduğunu əks etdirir.

Aşağıdakı cədvəldə ölkədəki bankların kapitalın yetərliliyi əmsalı (01.10.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:

Banklar

Məcmu kapital/Aktivlər (%)

1

Kövsər Bank

59,15

2

Bank Avrasiya

57,91

3

Paşa Bank

48,49

4

Gəncəbank

46,49

5

Azərbaycan Kredit Bankı

46,19

6

Günaybank

43,41

7

Melli İran Bankı - Bakı

40,06

8

Birlik Bank

38,73

9

Deka Bank

37,84

10

United Credit Bank

37,75

11

NBCBank

37,03

12

Azərnəqliyyatbank

35,87

13

AmrahBank

32,28

14

Atrabank

31,39

15

YapıKredi Bank Azerbaijan

30,67

16

Qafqaz İnkişaf Bankı

27,03

17

Kredo Bank

24,06

18

Azər-Türk Bank

23,76

19

Azərbaycan Sənaye Bankı

21,91

20

UniBank

21,80

21

AccessBank

20,94

22

Turan Bank

20,04

23

Bank of Baku

18,49

24

DəmirBank

18,07

25

Kapital Bank

17,27

26

Muğan Bank

16,81

27

Bank Standard

16,02

28

Royal Bank

16,01

29

Xalg Bank

15,95

30

Para Bank

15,78

31

AGBank

15,71

32

Rabitabank

15,68

33

Bank Respublika

15,43

34

Texnika Bank

13,35

35

Bank of Azerbaijan

13,33

36

Nikoil Bank

13,30

37

AtaBank

13,17

38

Zamin Bank

10,74

39

Azərbaycan Beynəlxalq Bankı

9,50



Kapitalın yetərliliyi əmsalına gəldikdə isə, ilk yeri respublikanın ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) deyil, «Kövsər Bank» tutub. Belə ki, bu bank üzrə kapitalın yetərliliyi əmsalı 59,15%-ə bərabərdir. ABB isə 9,50% göstəricisi ilə sonuncu pillədə qərarlaşıb.

Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə əsasən, kapitalın yetərliliyi əmsalının 10-20% civarında olmacı daha məqsədəuyğundur və bu, bankın etibarlı olduğunu göstərir. Həmin əmsalın həddindən artıq yüksək olması isə əksər hallarda bankların aktivlər cəlb etmək sahəsində mövcud problemləri ilə bağlıdır. Yəni, yuxarıdakı renkinqin ikinci yarısında yerləşən bankların vəziyyətini müsbət qiymətləndirmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR