«AzSığorta» şirkəti iki yeni regional filial açmağa hazırlaşır

«AzSığorta» şirkəti iki yeni regional filial açmağa hazırlaşır
# 02 dekabr 2009 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2010-cu ilin birinci rübündə Qəbələ və Şəki rayonlarında filiallarını açacaq. Şirkətin İdarə Heyətinin sədr müavini Fuad Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin yeni filiallarının açılması «AFB Bank» Səhmdar Kommersiya Bankının (SKB) filial strategiyasına uyğun həyata keçirilir. Belə ki, göstərilən müddətdə bankın Qəbələ və Şəkidə ilk filialları açılacaq. Həmin filialların nəzdində «AzSığorta» şirkətinin filialları da fəaliyyət göstərəcək.

Xatırladaq ki, təsisçisi «AFB Bank» olan «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.

Qeyd edək ki, «AFB Bank»a lisenziya 2008-ci ilin noyabrın 30-da verilib. Bankın səhmdarları rolunda «Gilan» MMC (98%) və iki fiziki şəxs (2,0%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR