«AFB Bank» yeni şirkət təsis edib

«AFB Bank» yeni şirkət təsis edib
# 03 dekabr 2009 06:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «AFB Bank» Səhmdar Kommersiya Bankının (SKB) yeni törəmə şirkəti dövlət qeydiyyatına alınıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

«AFB Capital» MMC adlanan şirkət Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi,12 ünvanında yerləşir və qanuni təmsilçisi Elşad İbrahimovdur.

Noyabr ayında Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə dövlət qeydiyyatına alınmış şirkətin nizamnamə kapitalı 100 min manatdır.

Qeyd edək ki, «AFB Bank» SKB-yə lisenziya 2008-ci ilin noyabrın 30-da verilib. Bankın səhmdarları rolunda «Gilan» MMC (98%) və iki fiziki şəxs (2%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR