«ABB-Moskva» sindikatlaşdırılmış kredit cəlb edib

«ABB-Moskva» sindikatlaşdırılmış kredit cəlb edib
# 03 dekabr 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu olan «ABB-Moskva» 15 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, sindikatlaşdırılmış kreditin aparıcı təşkilatçıları qismində «Rosemount Global Trade Finance Fund», «VTB Bank (Austria) AG, Vienna» və «VTB Bank (France) SA» çıxış edib. Sazişin iştirakçıları «Banque de Commerce et de Placements», «Commercial Bank of India LL, Moscow», «FBN Bank» (UK) və «Credit Europe Bank N.V.» banklar olub.

Qeyd edək ki, cəlb edilmiş vəsaitlər ticarət maliyyələşdirilməsi üzrə əməliyyatların aparılmasına yönəldiləcək. Bununla da bankın beynəlxalq maliyyə bazarlarından cəlb etdiyi kreditlərin ümumi həcmi 130 mln. dolları ötüb.

Xatırladaq ki, təsisçisi ABB (100%) olan «ABB-Moskva» 2002-ci ilin yanvarından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 10,5 mlrd. rubl, kredit portfeli 8,1 mlrd. rubl, məcmu kapitalı isə 1,2 mlrd. rubl. təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR