Azərbaycandakı sığorta şirkətlərinin daxilolmalar üzrə renkinqi

Azərbaycandakı sığorta şirkətlərinin daxilolmalar üzrə renkinqi
# 04 dekabr 2009 12:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədə fəaliyyət göstərən sığorta təşkilatlarının 2009-cu ilin yanvar-oktyabr aylarında toplanan sığorta haqları üzrə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar üzrə sıralanma göstərilir.

(mln. AZN)

Sığortaçılar

Sığorta haqları

1

Xalq Sığorta

23,63

2

Azərsığorta

20,62

3

Azalsığorta

13,07

4

Beynəlxalq Sığorta Şirkəti

10,91

5

Atəşgah

10,58

6

AzSığorta

8,99

7

Paşa Sığorta

8,96

8

Standard İnsurance

6,53

9

A-Group

5,83

10

MBASK

5,80

11

Azərbaycan Sənaye Sığorta

3,23

12

Bakı Sığorta

3,21

13

Qarant Sığorta

2,62

14

AtaSığorta

2,38

15

Başak-İnam

2,02

16

Rəvan Sığorta

2,01

17

AIG Caspian

1,46

18

Günay Anadolu

1,38

19

Era Trans

1,15

20

BE&G

0,91

21

Alfa Sığorta

0,81

22

Thames İnsurance Group

0,63

23

Fidan Sığorta

0,50

24

Azərqarant

0,47

25

Atəşgah Həyat Sığorta

0,36

26

Əmrah Sığorta

0,20

27

Qala Sığorta

0,08

28

Azİnvest Sığorta

0,07

Y E K U N

138,41



Cədvəldən göründüyü kimi sığorta təşkilatları sırasında ən çox sığorta haqqı «Xalq Sığorta» şirkəti toplayıb. Belə ki, bu şirkətin cari ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 23,63 mln. manat olub ki, bu da məcmu daxilolmaların 17,07%-nə bərabərdir.

Həmçinin, ilk üçlüyə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (20,62 mln. manat və ya 14,89%) və «Azalsığorta» şirkəti (13,07 mln. manat və ya 9,44%) şirkətləri daxil olub.

Qeyd edək ki, ən az daxilolma «Azİnvest Sığorta»nın payına düşüb ki, bu da ümumi sığorta haqlarının 0,05%-nə bərabərdir.

Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR