Son bir ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,2 dəfə azalıb

Son bir ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,2 dəfə azalıb
# 07 dekabr 2009 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ticarət sahəsində 136 ölkə ilə əməkdaşlıq edərək 16,5 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə əməliyyatların həcmi 3,2 dəfə azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 11,5 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5 mlrd. dollarını isə Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 6,5 mlrd. dollarlıq müsbət saldo yaranıb. Hesabat dövründə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ixracın həcmi 4 dəfə, idxalın həcmi 15,3%, müsbət saldonun həcmi isə 6,2 dəfə azalıb.

İxrac-idxal əməliyyatlarının 53%-i Avropa, 32,7%-i Asiya, 13,1%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 18,6%-i İtaliya, 9,5%-i ABŞ, 9,2%-i Rusiya, 6,8%-i Fransa, 5,5%-i İsrail, 4,9%-i Türkiyə, 4,2%-i Tayvan (Çinin əyaləti), 3,3%-i Almaniya, 2,9%-i Çin, 2,9%-i Ukrayna, 2,7%-i Kanada, 2,6%-i İndoneziya, 2,6%-i Böyük Britaniya, 2,6%-i Malayziya, 2,3%-i Gürcüstan, qalan 19,4%-i isə digər dövlətlərlə aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR