Azərbaycanda Rusiya rublu üzrə əməliyyatlarda satış alışı üstələyir

Azərbaycanda Rusiya rublu üzrə əməliyyatlarda satış alışı üstələyir
# 10 dekabr 2009 08:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda Rusiya rublu ilə nağd əməliyyatların həcmi 2009-cu ilin oktyabrda 122 347 600 rubl təşkil edib ki, bunun 101 737 500 rublu əhali tərəfindən satış, 20 610 100 rublu isə alış əməliyyatlarının payına düşüb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, ümumilikdə yanvar-oktyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 819 200 900 rubl həcmində rubl satılıb, 167 946 900 rubl həcmində isə nağd rubl alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd rublun satışını 19,7% azaldıb, alışı isə 48,3% artırıb.

Göründüyü kimi, rubl üzrə nağd əməliyyatlarda satışın alışı üstələmə tendensiyası müşahidə olunur. Qeyd edək ki, Azərbaycanın nağd valyuta bazarında əsas xarici valyutalar üzrə tam əksinə nisbət var. Belə ki, dollar, avro və İngiltərə funtu üzrə alış satışı dəfələrlə üstələyir. Rubl üzrə alış və satış həcmlərin nisbətinin bundan tam fərqli olmasının əsas səbəbi Rusiyadan gələn əhalinin sərəncamında rublun qalması və bu vəsaitlərin Azərbaycanda konvertasya edilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR