Ötən həftə Azərbaycanın valyuta birja bazarında dövriyyə artıb

Ötən həftə Azərbaycanın valyuta birja bazarında dövriyyə artıb
# 14 dekabr 2009 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (dekabrın 7-11-də) 19,431 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 66,2% çoxdur. Dolların orta həftəlik birja məzənnəsi isə 0,8028 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,04% azalaraq 0,8026 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,01% artaraq 0,8028 manata bərabər olub:




Beləliklə, ötən həftə ərzində birja valyuta bazarında dövriyyənin artımı və məzənnə sabitliyinin davam etməsi müşahidə olunub. Ümumilikdə, ötən həftə hər hansı xarakterli amillərlə seçilməyib.

Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 1,1% azalaraq həftənin son gününə 1,1822 manat təşkil edib:


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR