Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının sərmayə aktivliyinin səbəblərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının sərmayə aktivliyinin səbəblərini açıqlayıb
# 15 dekabr 2009 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən özəl bankların investisiya xərclərinin artmasının səbəblərini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov qeyd edib ki, bankların xərclərinin artmasının əsas səbəbləri onların maliyyə ehtiyyatlanması, infrastruktur xərcləri, o cümlədən, yeni əməliyyat sistemlərinin alınması və quraşdırılması, korporativ və risk-menecmentinin tətbiqi üzrə xərclərlə bağlıdır.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-i vəziyyətinə bank sistemi üzrə investisiyaların ümumi həcmi 794,85 mln. manat təşkil edib və bu, son 7 ay ərzində 17%-lik artım deməkdir.

Xatırladaq Ki, hazırda Azərbaycanda 45 özəl və 1 dövlət bankı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR