Elçin Həbibov: «Kredit Bürosu Azərbaycan Mərkəzi Bankı Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin alternativi olmayacaq»

Elçin Həbibov: «Kredit Bürosu Azərbaycan Mərkəzi Bankı Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin alternativi olmayacaq»
# 15 dekabr 2009 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda Kredit Bürosunun yaradılması Mərkəzi Bankın (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin alternativi deyil. «APA-Economics»in məlumatına görə, bunu Xidmətin rəhbəri Elçin Həbibov bildirib.

«Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə paralel olaraq Kredit Bürosunun yaradılması paradoks deyil. Belə ki, Reyestr Xidmətinin əhatəsinə yalnız ölkədə fəaliyyət göstərən özəl banklar daxildir. Kredit Bürosu isə banklarla yanaşı sığorta, lizinq, mobil rabitə operatorları və digər şirkətləri əhatə edəcək», - deyə E.Həbibov qeyd edib.

E.Həbibov onu da bildirib ki, «Bank olmayan kredit təşkilatları haqqında» qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan keçib: «Ümüd edirik ki, 2009-cu ilin sonunadək sənəd parlament tərəfindən təsdiq ediləcək və sözügedən təşkilatların Kredit Reyestri Xidmətinə qoşulmasına imkan yaradacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR