Azərbaycan İpoteka Fondunun istiqrazları üzrə ilk faiz ödənişi aparılıb

Azərbaycan İpoteka Fondunun istiqrazları üzrə ilk faiz ödənişi aparılıb
# 15 dekabr 2009 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, ödəniş günü dekabrın 13-nə - qeyri-iş gününə təsadüf etdiyindən, əməliyyat növbəti gün - dekabrın 14-də aparılıb.

Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik illik 3% təşkil edir.

Xatırladaq Ki, bu istiqrazların ödəniş tarixi 10 may 2016-cı ildir. İstiqrazların yerləşdirilməsinə iyunun 16-da başlanılıb və bu günədək 44 mlın. manat həcmində istiqraz yerləşdirilib. İstiqrazlar üzrə emissiya prospektinə əsasən, hesablanmış faizlərin ödənilməsi 180 günlük dövriliklə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR