«NBCBank» fəaliyyətinin 17 illiyini qeyd edib

«NBCBank» fəaliyyətinin 17 illiyini qeyd  edib
# 18 dekabr 2009 09:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Açıq Səhmdar Cəmiyyəti (ASC) fəaliyyətinin 17 illiyini qeyd edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə bankın əməkdaşları ilə yanaşı, bankın «NBCBank» müştəriləri də iştirak edib və onlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 1992-si ilin dekabr ayının 17-də «NBCBank» ASC «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Ötən müddət ərzində bank bir necə dəfə müxtəlif nominasiyalarda «Uğur» mükafatı qazanıb. Həmçinin, bank müştərilər üçün müxtəlif bank məhsulları o cümlədən əmanətlər, təcili pul köçürmələri, kreditlər, kommunal ödənişlər, mobil operator ödənişləri, akkreditivlər və qarantiyalar kimi xidmətlər təqdim edib.

Bankın maliyyə göstəricilərnə gəldikdə isə, bu ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,132 mln. manat, kredit portfeli 42,030 mln. manat, depozit portfeli 28,350 mln. manat, məcmu kapitalı 18,415 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib.

Hazırda «NBCBank»ın yeddi filialı fəaliyyət göstərir ki, bunların ikisi regionda (Sumqayıt və Gəncə) yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR