«Bank Nikoil» VIP müştərilərə xüsusi şərtlər təqdim edib

«Bank Nikoil» VIP müştərilərə xüsusi şərtlər təqdim edib
# 21 dekabr 2009 09:24 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. «Bank Nikoil» Səhmdar İnvestisiya Bankı (SIB) VIP müştərilərin əmanətləri üzrə xüsusi şərtlər təqdim etməyə başlayıb.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şərtlərə əsasən, əmanətçi 12 aydan çox müddətə 100 min manatdan (avro və ya dollar) artıq vəsait yerləşdirdiyi halda onun depozitinin faiz dərcəsi standart faiz dərəcələrindən 0,4%-ə qədər çox müəyyən edilir. Vəsait 12 aydan az müddətə yerləşdirildiyi halda, bu fərq 0,2% təşkil edir.

Yeni şərtlər bankın bütün cari («Nikoyl Sabit», «Nikoyl Sosial», «Nikoyl Universal», «Nikoyl Ən Sərfəli», «Nikoyl Zəngin») depozitlərinə şamil edilir.

Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 22 bankomatı və 25 POS-terminalı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR