Azərbaycanda aktuarilər üçün keçirilən kurslar başa çatıb

Azərbaycanda aktuarilər üçün keçirilən kurslar başa çatıb
# 21 dekabr 2009 12:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin aktuariləri üçün təşkil etdiyi ödənişli kurslar başa çatıb.

ASA-nın icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan Maliyyə Nazirliyi, ASA və xarici təşkilat - «East-West Managment» tərəfindən təşkil olunan kurslar üç həftə davam edib. «Kurslarda ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətindən 33 aktuari iştirak edib. Bu aktuarilərin yalnız 6-sı imtahandan uğurla keçib. Yaxın günlərdə həmin aktuarilərin 27-si iştirakçı sertifikatı, qalanı isə imtahan nəticələri üzrə sertifikatlarla təltif olunacaq», - deyə Q.Məcidov bildirib.

Xatırladaq ki, ödənişli əsaslarla təşkil edilən kurslarda aktuarilərə «East-West Managment»in müəllimləri tərəfindən «Aktuari 3B» proqramı tədris olunub.

Qeyd edək ki, aktuari peşəkar olaraq sığorta şirkətinin tarifləri, ehtiyatları və öhdəliklərinin hesablanması ilə məşğul olan riyazi statistika və ehtimal nəzəriyyəsi sahəsində mütəxəssisdir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR