«Azərbaycan Sənaye Sığorta» gələn il daxilolmalarını 7 mln. manata çatdırmaq niyyətindədir

«Azərbaycan Sənaye Sığorta» gələn il daxilolmalarını 7 mln. manata çatdırmaq niyyətindədir
# 24 dekabr 2009 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2010-cu ildə sığorta daxilolmalarının həcmini 7 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

F.Hüseynovun sözlərinə görə, gələn il toplanan sığorta haqlarının çox hissəsinin «Yük sığortası», «İnşaat sığortası», «Kasko sığorta» və «Kreditlərin sığortası» kimi növlər üzrə daxil olacağı gözlənilir.

F.Hüseynov qeyd edib ki, 2010-cu ildə şirkət tərəfindən yeni filial və nümayəndəliklərin açılması nəzərədə tutulmur.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital Investment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR