Azərbaycan İpoteka Fondu daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Azərbaycan İpoteka Fondu daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib
# 24 dekabr 2009 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 seriyalı təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, cari qiymətlərlə satışa çıxarılan istiqrazların yerləşdirilməsi üzrə hərracında 7 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 9 929 097 manat təşkil edib və nəticədə, hərraca çıxarılmış həcm tam yerləşdirilib. Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 49 mln. manata çatıb.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydə alınıb. AİF-in istiqrazlarınin ilkin yerləşdirilməsinə isə cari ilin iyunun 16-da başlanılıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR