Daha bir Azərbaycan bankı brendini dəyişir

Daha bir Azərbaycan bankı brendini dəyişir
# 25 dekabr 2009 08:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda brendini dəyişəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov bildirib.

F.Bağırovun sözlərinə görə, bankın mövcud adından fərqli olaraq, yeni brend nisbətən qısaldılmış formada olacaq. «Hazırda brendin dəyişdirilməsi istiqamətində bankın müvafiq işçi qrupu tərəfindən iş aparılır. Yaxın vaxtlarda müvafiq sənədlər hazırlanaraq Vergilər Nazirliyi və Azərbaycan Mərkəzi Bankına təqdim olunacaq», - deyə F.Bağırov bildirib.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, bankın məcmu kapitalı 17,621 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 8 filialı və 11 bankomatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR