“Qazprom” Soçi Olimpiadasına sponsorluq etməkdən imtina edib

“Qazprom” Soçi Olimpiadasına sponsorluq etməkdən imtina edib
# 28 dekabr 2009 11:42 (UTC +04:00)
Bakı – APA-Economics. Soçidə keçiriləcək 2014-cü il Olimpiya oyunlarının Təşkilat Komitəsinin gəlirləri milli sponsorlar hesabına 1 mlrd. dollara çatıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, indiyədək 850 mln. dollarlıq müqavilə imzalanıb, yaxın vaxtlarda isə daha 115 mln. dollarlıq müqavilə imzalanacaq.

Olimpiadanın növbəti sponsorunun “Rusiya Dəmir Yolları” olacağı gözlənilir. Amma daha perspektivli sponsorlardan sayılan “Qazprom” şirkəti Təşkilat Komitəsi ilə əməkdaşlıqdan imtina edib.

Rusiyanın qaz inhisarçısından bildirilib ki, pərakəndə istehlakçılarla işləmədikləri üçün hazırda reklama ehtiyac duymurlar. Hökumətin bu məsələdə “Qazprom”a təzyiq göstərəcəyi də az ehtimal olunur.

Qeyd edək ki, bu günə qədər Soçi Olimpiadasının Təşkilat Komitəsi ilə “Rosneft”, “Sberbank”, “Rostelekom”, “Coca-Cola”, “Agroflot”, “Samsung”, “Panasonic” kimi şirkətlər müqavilə bağlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR