Azərbaycan fond bazarına yeni şirkət çıxır

Azərbaycan fond bazarına yeni şirkət çıxır
# 29 dekabr 2009 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın fond bazarında daha bir peşəkar şirkət broker və diler fəaliyyəti ilə məşğul olacaq.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata göər, Komitə tərəfindən «AFB Capital» MMC-yə diler və broker fəaliyyətləri üzrə xüsusi razılıqlar (lisenziyalar) verilib.

Qeyd edək ki, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 3 qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR