«Bank SilkWay» nizamnamə kapitalını artırır

«Bank SilkWay» nizamnamə kapitalını artırır
# 30 dekabr 2009 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank SilkWay» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 111 manat, sayı 200 min ədəd, emissiyanın ümumi həcmi isə 22,2 mln. manat təşkil edir.

Komitə mütəxəssislərinin bildirdiyinə görə, indiyədək bankın səhmlərinin nominal dəyəri 100 manat olub, yeni emissiya ilə isə «Bank SilkWay» mövcud səhmlərinin yalnız nominalını artırır. Nominalın 11% və ya 11 manat artırılması nəticəsində bankın nizamnamə kapitalı da müvafiq olaraq 11% və ya 2,2 mln. manat artacaq və 22,2 mln. manata çatdırılacaq.

Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» SKB kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları sırasına «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs daxildir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR