Azərbaycan Misirdə keçiriləcək beynəlxalq mikromaliyyə konfransında iştirak edəcək

Azərbaycan Misirdə keçiriləcək beynəlxalq mikromaliyyə konfransında iştirak edəcək
# 06 yanvar 2010 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) «The Small Enterprise Education and Promotion» (SEEP) Qlobal Mikromaliyyə Şəbəkəsi Beynəlxalq Şurasının 2010-cu ilin fevral ayının 3-4-də Misirdə keçiriləcək iclasında iştirak edəcək.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, 9 ölkənin nümayəndəsinin iştirak edəcəyi iclasda yalnız üç ölkə (Azərbaycan, Misir, Həbəşistan) mikromaliyyə assosiasiyası ilə təmsil olunacaq. Şuranın iclsında üzv ölkələrin 2009-cu il ərzində mikromaliyyə sahəsində gördüyü işlər, həmçinin 2010-cu il üçün nəzərdə tutulan məsələlər müzakirə ediləcək.

J.Hacıyevanın sözlərinə görə, Şuranın növbərti iclasının 2011-ci ildə Bakıda keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Azərbaycan 2002-ci ildən SEEP şəbəkəsinin (baş ofis - Vaşinqton) üzvüdür.

Xatırladaq ki, 2001-ci ildən fəaliyyət göstərən AMA həmçinin Avropa Mikromaliyyə Platforması və Polşa Mikromaliyyə Mərkəzinin üzvüdür. Hazırda Azərbaycanda fəaliyyət göstərən 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR