Dekabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 26% artıb

Dekabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 26% artıb
# 06 yanvar 2010 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 79 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 23 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 135,272 mln. manat və ya dollar ekvivalentində 168,327 mln. təşkil edib. Bu isə 2009-cu ilin noyabr ayı ilə müqayisədə 44,3 mln. manat və ya 26,32% çoxdur.

Hesabat ayında Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 8,016 mln. dollara çatıb, hər əqdin orta həcmi 2,131 mln. dollar təşkil edib.

Ötən ilin dekabrında EUR/AZN aləti üzrə həcmi isə 22,160 mln. manat təşkil edib. Sözügedən alət üzrə avronun manata qarşı ortaölçülmüş məzənnəsi 1,1608 manat təşkil edib.

Eyni zamanda dekabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Kapital Bank» (12,77%), «Azərbaycan Sənaye Bankı» (11,88%), «Pasha Bank» (8,61%), Azərbaycan Beynəlxalq Bankı (7,83%) və «Bank Respublika» (5,64%) malik olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR