Azərbaycan Dövlət Neft Şirkəti 2009-cu ildə dövlət büdcəsinə ödənişləri 9% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti 2009-cu ildə dövlət büdcəsinə ödənişləri 9% artırıb
# 07 yanvar 2010 07:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ilin dekabr ayında dövlət büdcəsinə 532,562 mln. manat vəsait ödəyib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Dekabr ayında şirkət tərəfindən dövlət büdcəsinə ödənilmiş vəsaitin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,1% çox olub.

Ötən il ərzində isə ARDNŞ tərəfindən büdcəyə ümumilikdə 1 468,862 mln. manat vəsait ödənilib ki, bu da 2008-ci illə müqayisədə 8,7% çoxdur.

Bundan başqa, 2009-cu ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,962 mln. manat, il ərzində isə 115 mln. 163 min manat (2008-ci illə müqayisədə 6,4% çox) vəsait köçürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR