«A-Group» sığorta şirkətinin daxilolmaları azalıb

«A-Group» sığorta şirkətinin daxilolmaları azalıb
# 07 yanvar 2010 10:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi təxminən 7,229 mln. manat təşkil edib ki, bu da 2008-ci illə müqayisədə 6,9% azdır. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müavini Rəşid Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, sığorta haqlarının struktunda ən çox vəsait «Tibbi sığorta» (6,310 mln. manat) növü üzrə toplanıb ki, bu da ümumi daxilolmaların 87,3%-nə bərabərdir. Bundan başqa, yığımlarda ikinci yeri «Avtomobillərin sığortası» növü tutub ki, bu növ üzrə toplanan sığorta haqlarının həcmi 456 min manat (ümumi daxilolmaların 6,3%-i) olub.

R.Hüseynov təqdim olunan rəqəmlərin təcili məlumatlar əsasında hazırlandığını bildirib: «Butün məlumatlar tam toplanmadığı üçün sığiorta ödənişləri ilə bağlı rəqəmləri açıqlamaq çətindir».

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edib. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR