«AtaSığorta» yanvarın 21-də əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

«AtaSığorta» yanvarın 21-də əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 07 yanvar 2010 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC yanvar ayının 21-dən etibarən adi sənədsiz adlı səhmlərinin əlavə emissiyasının yerləşdirilməsinə başlayacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 100 min ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

«Parabank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Brokdil-Az Capital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və proses uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 4 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin hazırkı nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR