«Bank Standard» yeni kampaniyaya start verib

«Bank Standard» yeni kampaniyaya start verib
# 12 yanvar 2010 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» Qapalı Səhmdar Cəmiyyəti (QSC) təcili pul köçürmə sistemləri üzrə «Uduşlu pul köçürməsi» adlı yeni aksiyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın daimi müştəriləri üçün təklif etdiyi yeni bonusa, hər ay keçiriləcək lotereyada oynanılacaq 4 qiymətli maye-kristal ekranlı, 106 sm diaqonala malik televizora 1000 dollar (avro) və ya 30 min rubl və daha artıq məbləğdə pul köçürən və alan müştərilər sahib ola bilər. Təcili pul köçürmə sistemləri vasitəsilə pul köçürən və ya alan müştərilər üçün 4 maye-kristal ekranlı televizor oynanılan lotereya keçirəcək.

Qeyd edək ki, kampaniya «Bank Standard»da fəaliyyət göstərən bütün təcili pul köçürmə sistemlərini («Western Union», «XpressMoney», «Privat Money», «Faster», «Bıstraya Poçta», «Contact», «Migom» və «Zolotya Korona») əhatə edir.

Aksiya çərçivəsində 4 lotereya tirajı nəzərdə tutulur. Tirajlar 2010-cu il yanvarın 25-i, fevralın 25-i, martın 25-i və aprelin 26-da keçiriləcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR