Azərbaycan Mərkəzi Bankı proqram təminatı və server avadanlıqlarının alınması üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı proqram təminatı və server avadanlıqlarının alınması üçün tender keçirir
# 15 yanvar 2010 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) portfel idarəetmə sistemi üçün server avadanlıqları və proqram təminatlarının satın alınması məqsədi ilə tender elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tender proseduru cari ilin mart ayının 1-də AMB-nin inzabati binasında keçiriləcək. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını möhürlənmiş, imzalanmış və yazılı sürətdə, digər sənədləri isə ən geci bu ilin fevral ayının 18-dək AMB-nin inzibati binasına təqdim etməlidir.

Tenderdə iştirak haqqı 200 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR