Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının həcmi 5,4 mlrd. dollara çatıb

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının həcmi 5,4 mlrd. dollara çatıb
# 15 yanvar 2010 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının həcmi 2009-cu ilin dekabr ayının 1-nə 5 365,172 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in Mərkəzi Bankın «Beynəlxalq ehtiyatlar və xarici valyutada likvidlik» hesabatına əsasən verdiyi məlumata görə, bunun 5 044,108 mln. dolları rəsmi valyuta aktivləri, 321,064 mln. dolları isə xarici valyutada olan digər aktivlərin payına düşür.

Öz növbəsində rəsmi valyuta aktivlərinin tərkibində 4 805,827 mln. dolları və ya 95,3%-i xarici valyutada ehtiyat aktivləri, 0,1 mln. dolları Beynəlxalq Valyuta Fondu üzrə ehtiyat mövqe və 238,180 mln. dolları və ya 4,7%-i Xüsusi Borcalma Hüquqlarında (SDR) olan ehtiyatlar təşkil edir.

Qeyd edək ki, xarici valyutada ehtiyat aktivlərinin 3 578,875 mln. dolları və ya 74,5%-i digər mərkəzi banklarda, BVF-da yerləşdirilmiş vəsaitlər, 1 102,623 mln. dolları və ya 23%-i qiymətli kağızlar, 124,329 mln. dolları və ya 2,5%-i baş idarəsi xaricdə olan hesabat verən banklarda yerləşdirilmiş vəsaitlərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR